Andrey Boiç: Petersberq İqlim Dialoqu COP29 üçün aydın istiqamətlər müəyyən edəcək

Andrey Boiç: Petersberq İqlim Dialoqu COP29 üçün aydın istiqamətlər müəyyən edəcək Petersberq İqlim Dialoqu çərçivəsində iqlim dəyişikliyi məsələlərinin müzakirəsi bu sahənin maliyyələşdirilməsi məsələsi ilə əlaqələndirilməlidir.
COP29
23 Aprel , 2024 12:42
Andrey Boiç: Petersberq İqlim Dialoqu COP29 üçün aydın istiqamətlər müəyyən edəcək

Petersberq İqlim Dialoqu çərçivəsində iqlim dəyişikliyi məsələlərinin müzakirəsi bu sahənin maliyyələşdirilməsi məsələsi ilə əlaqələndirilməlidir.

Bu barədə “Report”a açıqlamasında İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının keçmiş vitse-prezidenti, COP Bürosunun üzvü Andrey Boiç (Andrej Bojic) bildirib.

O qeyd edib ki, iqlim dialoqunun 2022-ci ildən Almaniya Xarici İşlər Nazirliyinin himayəsi altında keçirilməsi ilə iqlim dəyişikliyinə dair mübarizə üzrə danışıqlar mövzusuna xüsusi əhəmiyyət kəsb etməyə başlayıb.

“Daha əvvəl söylədiyim ki, iqlim dəyişikliyi mövzusu maliyyə məsələsi ilə əlaqələndirilməlidir. Fikrimcə, bu, 2024-cü ildə əsas dialoq mövzusu olacaq”.

A.Boiç vurğulayıb ki, iqlim məqsədlərinə nail olmaq üçün bu məsələdə biznesmenlərin iştirakı zəruridir: “Çünki bununla gələcək investisiyalar bu məqsədlərin nail olmağa istiqamətləndirilə bilər. Qlobal enerji keçidi yalnız “təmiz enerji” və texnologiyalara özəl və dövlət sərmayələrin qoyulması, həmçinin emissiyaların ölçülməsi və hesabatı üçün ədalətli, başa düşülən və aydın sistemin yaradılması sayəsində uğurlu olacaq”.

Ekspert söyləyib ki, builki Petersberq İqlim Dialoqu Bakıda gələcək danışıqlar üçün aydın istiqamətlər müəyyən edəcək:

“Başa düşməliyik ki, hər bir ölkə öz aralıq məqsədlərinə çatmaq üçün konkret planlar hazırlayarsa, qlobal istiləşməni məhdudlaşdırmaq mümkün olacaq”.

Son xəbərlər

Orphus sistemi