Konstitusiya Məhkəməsində Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konfrans keçirilib

Konstitusiya Məhkəməsində Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konfrans keçirilib Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Konstitusiya Məhkəməsində “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşm
Daxili siyasət
3 May , 2024 17:13
Konstitusiya Məhkəməsində Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə konfrans keçirilib

Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Konstitusiya Məhkəməsində “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

"Report" xəbər verir ki, konfransda Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, hüquq ictimaiyyətinin nümayəndələri və tanınmış alimlər iştirak ediblər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxış edərək Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, müasir Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzolunmaz xidmətlərindən biri ümumi dövlət quruculuğu prosesinin əsasının qoyulması idi. Həmin proses çərçivəsində əlamətdar hadisələrdən biri - 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları, zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan dövləti və xalqı tarixinin şərəfli və qürurverici dövrünü yaşayır. İşğal altındakı ərazilərimizin Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə və lokal xarakterli antiterror tədbirləri nəticəsində azad edilməsi, suverenliyimizin bərpası milli inkişafımızın yeni mərhələsinin başlanğıcıdır. Şanlı Zəfər sayəsində Konstitusiyanın hüquqi qüvvəsi və vətəndaşlarımızın Əsas Qanunda təsbit edilmiş hüquqları işğaldan azad olunmuş Azərbaycanın ərazisində tam bərpa edildi.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılmış addımlar, Azərbaycanda əsası qoyulan uğurlu sosial, mədəni iqtisadi və intellektual sərmayələrin xalqımızın istiqlaliyyət qazanmasına zəmin yaratmasından bəhs edilib.

Konfransın praktiki hissəsində “Konstitusiya nəzarət orqanlarının subsidiarlıq prinsipi”, “Azərbaycan Respublikasının əmək qanunvericiliyinin təkmilləşdirilməsi zamanın tələbidir”, “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı” və digər hüquqi mövzular üzrə məruzələr səsləndirilib, hüquq elminin aktual məsələlərinə toxunulub və geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi