Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb

Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb.
Daxili siyasət
3 May , 2024 12:12
Ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb

Ədliyyə Nazirliyinin məlumatlarına əsasən, ötən il birinci instansiya məhkəmələrində inzibati xətalara dair 110,7 min işə baxılıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, bu, 2022-ci ilin göstəricisindən 18,1 faiz çoxdur. Onların 70,5 faizi idarəçilik qaydaları, 4,5 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə, 4,3 faizi yol hərəkəti qaydaları, 2,8 faizi hərbi xidmət əleyhinə, 2,7 faizi faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 2,1 faizi mülkiyyət əleyhinə, 1,9 faizi sağlamlıq əleyhinə, 11,2 faizi isə digər inzibati xətalarla bağlı olub.

Keçən il baxılmış işlərin 44,7 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 45,1 faizinin icraatına xitam verilib, 10,2 faizi üzrə işlərə dair materiallar əlavə yoxlanış üçün qaytarılıb və ya aidiyyəti üzrə göndərilib.

İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilən şəxslərin sayı əvvəlki illə müqayisədə 2,5 faiz azalaraq 49,5 min nəfər olub. İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 40,5 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 38,7 faizinə inzibati cərimə, 19,1 faizinə inzibati həbs, 1,2 faizinə ictimai işlər, 0,5 faizinə isə digər tənbeh növləri tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi