DİM Naxçıvanda buraxılış imtahanları keçirib

DİM Naxçıvanda buraxılış imtahanları keçirib Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Naxçıvanda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Elm və təhsil
21 Aprel , 2024 14:20
DİM Naxçıvanda buraxılış imtahanları keçirib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Naxçıvanda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında təşkil olunan imtahanlar 17 binada təşkil olunub.

Qeyd edilir ki, imtahanlarda 4 607 şagird iştirak edib. İmtahanlarda ümumilikdə 59 imtahan rəhbəri, 458 nəzarətçi cəlb olunub, 384 zal ayrılıb.

Son xəbərlər

Orphus sistemi