AVF-nin prezidenti: Voleybolun Azərbaycanda ənənəsi böyükdür

AVF-nin prezidenti: Voleybolun Azərbaycanda ənənəsi böyükdür Voleybolun Azərbaycanda ənənəsi böyükdür.
Fərdi
23 Aprel , 2024 18:24
AVF-nin prezidenti: Voleybolun Azərbaycanda ənənəsi böyükdür

Voleybolun Azərbaycanda ənənəsi böyükdür.

"Report"un məlumatına görə, bu sözləri Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov qadınlar arasında ölkə çempionatının "Azərreyl" - "Abşeron" (3:1) final matçından sonra baş tutan təntənəli bağlanış mərasimində deyib.

O, qalibləri təbrik edib: "Hər iki komanda gözəl oyun sərgilədi. Azarkeşlərə də xüsusi təşəkkür düşür. Sona qədər doğma komandalarını dəstəklədilər. Voleybol gündən-günə inkişaf edir və biz dövlətimizin qayğısını hiss edirik. Məqsədimiz Azərbaycanda voleybolu ən yüksəklərə daşımaqdır".

Son xəbərlər

Orphus sistemi