“Prezident Kuboku 2024” reqatası: Azərbaycan səkkizinci medalı qazanıb

“Prezident Kuboku 2024” reqatası: Azərbaycan səkkizinci medalı qazanıb Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında səkkizinci medalı qazanıb.
Fərdi
3 May , 2024 14:16
“Prezident Kuboku 2024” reqatası: Azərbaycan səkkizinci medalı qazanıb

Azərbaycan Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasında səkkizinci medalı qazanıb.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, Məhəmməd Həsənov - Raul Şamilov (2010-2011-ci il təvəllüdlü) cütlüyü 1500 metr məsafəyə akademik avarçəkmə növündə bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, bu gün başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvəsini sınayır. Azərbaycan idmançıları daha əvvəl 1 qızıl, 2 gümüş və 4 bürünc medal əldə ediblər.

Son xəbərlər

Orphus sistemi