Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub

Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası mini fut
Futbol
3 May , 2024 15:01
Bakıda məhəllələrarası minifutbol turnirinə yekun vurulub

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası minifutbol turnirinə yekun vurulub.

"Report" xəbər verir ki, 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2 mərhələdən - rayon və şəhər mərhələlərindən ibarət olan yarışın əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki minifutbol stadionlarında təşkil edilən yarışlar olimpia sistemi üzrə keçirilib. Turnirdə ümumilikdə 1152 gənc idmançının yer aldığı 96 komanda iştirak edib.

Yarışın ilk turu aprelin 20-nə kimi paytaxt rayonlarında yekunlaşıb. Daha sonra isə rayon turlarının qalibləri Bakı şəhər mərhəlləsində yarışıblar.

Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən birinciliyə mayın 3-də final oyunları ilə yekun vurulub. Həlledici görüşdə Səbail rayonunun “Bayıl” kollektivi və Nizami rayonunun “Flaqman” komandası görüşüblər. 3:2 hesabı ilə qalib gələn birincilər turnirin qalibi olublar.

3-cü yer uğrunda matçda Qaradağın “Lökbatan” klubu Xətai rayonunun “Qarabağ” komandasına 6:1 hesabı ilə qalib gəlib.

Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Son xəbərlər

Orphus sistemi