"Mançester Siti"nin yarımmüdafiəçisi ilin ən yaxşı futbolçusu seçilib

"Mançester Siti"nin yarımmüdafiəçisi ilin ən yaxşı futbolçusu seçilib İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Fil Foden İngiltərə Jurnalistlər Assosiasiyası (FWA) tərəfindən ilin ən yaxşı futbolçusu seçilib.
Futbol
3 May , 2024 18:38
Mançester Sitinin yarımmüdafiəçisi ilin ən yaxşı futbolçusu seçilib

"Mançester Siti" klubunun oyunçusu Fil Foden İngiltərənin Futbol Yazarları Assosiasiyası (FWA) tərəfindən ilin ən yaxşı futbolçusu seçilib.

"Report"un məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi səslərin 42 %-ni toplamaqla bu ada layiq görülüb.

"Arsenal"dan Deklan Rays və "Mançester Siti"dən Rodri ilk "üçlüy"ü qapayan futbolçulardır.

FWA-nın versiyasına görə, ilin ən yaxşı futbolçusu mükafatı Premyer Liqanın üç əsas mükafatından biridir. Mövsümün sonunda İngiltərə Peşəkar Futbol Assosiasiyası tərəfindən həmin futbolçular təltif olunur.

Qeyd edək ki, Foden cari mövsüm "şəhərlilər"in heyətində 48 oyuna çıxıb və 24 qol vurub.

Son xəbərlər

Orphus sistemi