Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var

Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
Hadisə
21 Aprel , 2024 07:55
Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" və "VAZ-21015" markalı avtomobillərin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü S.Həsənov və 1999-cu il təvəllüdlü S.Əliyev xəsarət alıb.

Onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Vəziyyətləri ağır və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi