İranda zəlzələ olub, Naxçıvanda da hiss olunub - YENİLƏNİB

İranda zəlzələ olub, Naxçıvanda da hiss olunub - YENİLƏNİB Naxçıvan Muxtar Respublikasında zəlzələ olub.
Hadisə
20 Aprel , 2024 23:14
İranda zəlzələ olub, Naxçıvanda da hiss olunub - YENİLƏNİB

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub.

Bu barədə "Report"a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələ yerli vaxtla saat 22:01-də Naxçıvan stansiyasından 76 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeyde alınıb. Zəlzələ Naxçıvan MR-nın Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babək rayonlarında 3 bala qədər hiss olunub.

Zəlzələnin maqnituası 4.6, dərinliyi 4 km olub.

22:07

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 4,4 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

İdarənin verilənlərinə əsasən, Bakı vaxtı ilə 22:01-də qeydə alınmış yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.

Eyni zamanda, “Report”un Naxçıvan bürosunun məlumatına görə, zəlzələ Naxçıvan Muxtar Respublikasında da 3 bala qədər hiss olunub.

Son xəbərlər

Orphus sistemi