Şəkidə avtomobil aşıb, xəsarət alanlar var

Şəkidə avtomobil aşıb, xəsarət alanlar var Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
Hadisə
21 Aprel , 2024 00:00
Şəkidə avtomobil aşıb, xəsarət alanlar var

Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində qeydə alınıb.

Şəki sakini 1965-ci il təvəllüdlü İbrahim Şahlar oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan həmyerlisi Əliyev Niyaz Qardaşxan oğlu xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi