AVF rəsmiləri Azərbaycan çempionu olan "Azərreyl" klubunun üzvləri ilə görüşüblər

AVF rəsmiləri Azərbaycan çempionu olan "Azərreyl" klubunun üzvləri ilə görüşüblər Azərbaycan Voleybol Federasiyasınn (AVF) prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, həmçinin baş katib Faiq Orucov qadın və kişi voleybolçular arasında ölkə çempionatının qalibi olmuş “Azərreyl" klubunun üzvləri ilə görüşüblər.
Komanda
1 May , 2024 17:31
AVF rəsmiləri Azərbaycan çempionu olan Azərreyl klubunun üzvləri ilə görüşüblər

Azərbaycan Voleybol Federasiyasınn (AVF) prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, həmçinin baş katib Faiq Orucov qadın və kişi voleybolçular arasında ölkə çempionatının qalibi olmuş “Azərreyl" klubunun üzvləri ilə görüşüblər.

"Report" AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə həm qadın, həm də kişi komandasının oyunçuları, məşqçilər heyəti və klubun əməkdaşları iştirak ediblər.

Ş.Bağırov ilk olaraq “Azərreyl"in oyunçularını və rəhbərliyini çempionluq münasibətilə təbrik edib. O, bu il ölkə çempionatlarının kifayət qədər maraqlı və gərgin keçdiyini bildirib, qarşılaşmaların, birinciliyin açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb. Hər bir oyunçuya bu gözəl mübarizəyə görə təşəkkürünü bildirib və onlara karyeralarında uğurlar arzulayıb.

"Azərreyl"in rəhbəri Orxan Kərimov və baş məşqçilər diqqətə görə AVF rəhbərliyinə təşəkkürlərini bildiriblər. Daha sonra klubun rəmzi formasını Ş.Bağırova və B.Quliyevə təqdim ediblər. "Azərreyl"in qadınlardan ibarət komandasının baş məşqçisi Cengiz Akarçeşme isə müəllifi olduğu “Müasir voleybol” kitabını Ş.Bağırova hədiyyə edib.

Sonda xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi