Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib.
Komanda
1 May , 2024 21:09
Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin daha bir görüşü keçirilib.

"Report" xəbər verir ki, növbəti oyun günündə "Xəzri" və "Sərhədçi" kollektivləri üz-üzə gəliblər.

"Sərhədçi" İdman Mərkəzində keçirilən 1/4 final matçında birincilər 98:64 hesablı qələbəyə seviniblər.

Komandalar arasında ikinci oyun mayın 3-də baş tutacaq.

Ötən gün "Xırdalan" 1/4 finalın digər oyununda "Neftçi"yə 80:75 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, pley-off seriyasında iki qələbə qazanan klublar yarımfinala yüksələcəklər. Seriyada bərabərlik olarsa, o zaman 3-cü oyun gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi