Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti görüşü baş tutacaq.
Komanda
1 May , 2024 09:33
Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti oyunu keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin növbəti görüşü baş tutacaq.

"Report" xəbər verir ki, ikinci oyun günündə "Xəzri" və "Sərhədçi" kollektivləri üz-üzə gələcəklər.

"Sərhədçi" İdman Mərkəzində keçiriləcək 1/4 final matçının start fiti saat 19:30-da səslənəcək. Komandalar arasında ikinci oyun mayın 3-də keçiriləcək.

Ötən gün pley-off mərhələsinin ilk görüşündə "Xırdalan" "Neftçi"yə 80:75 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, pley-off seriyasında iki qələbə qazanan klublar yarımfinala yüksələcəklər. Seriyada bərabərlik olarsa, o zaman 3-cü oyun gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi