Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşüb

Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşüb Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov qadınlardan ibarət Azərbaycan millisinin üzvləri ilə görüşüb
Komanda
1 May , 2024 16:47
Şahin Bağırov Azərbaycan voleybol millisinin üzvləri ilə görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov qadınlardan ibarət millinin üzvləri ilə görüşüb.

"Report" AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, federasiya rəsmisi yığmanın Qızıl Avropa Liqasına hazırlıq prosesi ilə tanış olub, voleybolçularla söhbət edib və onların səhhəti ilə maraqlanıb.

Milli komandamızın baş məşqçisi Faiq Qarayev AVF rəhbərinə hazırlıq prosesi haqqında ətraflı məlumat verib.

Ş.Bağırov millimizin qarşıdakı oyunlarda uğurla çıxış edəcəyinə inamını ifadə edib, voleybolçulara uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi