"İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb

"İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb
Turizm
3 May , 2024 17:26
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıb

Dövlət Turizm Agentliyi (DTA) və İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə mayın 2-3-də Bakıda keçirilən “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun ikinci günündə keçirilən dəyirmi masada tədbirin yekununa dair bəyanat imzalanıb.

"Report" xəbər verir ki, bu barədə DTA məlumat yayıb.

Bəyanatda İƏT regionu üzrə turizmin inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi, üzv ölkələrin mədəni irsinin təbliğatı, qarşılıqlı tanışlıq səfərlərinin təşkili, regiona xarici turistlərin cəlb edilməsi, tarixi İpək Yolu üzrə yeni turizm məhsullarının yaradılması, təşkilatın tur operatorları şəbəkəsinə daxil olan turizm sənayesi nümayəndələri arasında mütəmadi dialoqun təşkili, İƏT-in Turizm Agentlikləri Federasiyasının yaradılması üzrə səylərin gücləndirilməsi və digər məsələlər qeyd olunub.

Həmçinin üzv ölkələrin turoperatorları arasında B2B (biznesdən-biznesə) görüşlər keçirilib. Görüşlər çərçivəsində Azərbaycan tur operatorları ilə İran və Pakistan turoperatorları arasında ikitərəfli əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

Son xəbərlər

Orphus sistemi