Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır

Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Layl Şarp Azərbaycan – Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqların böyük addım olduğunu bildirib.
Xarici siyasət
23 Aprel , 2024 19:33
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır

Azərbaycan və Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır.

“Report” xəbər verir ki, bunu ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumun iştirakçısı, Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Layl Şarp söyləyib.

Sabiq səfir tərəflər arasındakı normallaşma prosesini müsbət hesab edir:

“Ölkələr bir-biri ilə vasitəçi olmadan birbaşa danışırlar. Bu, çox böyük addımdır. Rusiya sülhməramlıları da artıq Qarabağı tərk edir. Bu da çox müsbət hadisədir. Ümid edirik ki, bundan sonra tərəflərin daimi birbaşa təması üçün mexanizm də yaradılacaq”.

Diplomat aprelin 5-də Brüsseldə baş tutan ABŞ-Aİ-Ermənistan görüşündən də danışıb:

"Fikrimcə, Ermənistana sosial-iqtisadi inkişafı və Rusiyadan asılılığını azaltmaq üçün dəstək vermək strateji baxımdan yaxşı haldır. Aİ və ABŞ Ermənistanın Rusiyadan asılılığını azaltmaq və Avropaya yaxınlaşması üçün nə qədər çox səy göstərsələr, bir o qədər yaxşıdır. Burada məqsəd Ermənistanın inkişafı və Rusiyadan asılılığını azaltmağa yönəlib, Azərbaycana qarşı istifadə aləti deyil".

C.Şarp ölkəsinin COP29 çərçivəsində mühüm dəstəyini də qeyd edib: "Artıq COP29-la bağlı azərbaycanlılar Londonda olub, bizim komanda ilə danışıblar. Mən artıq təqaüdə çıxmış olsam da, əminəm ki, Britaniya hökuməti bu sahədə istənilən təcrübəsini bölüşməyə və Azərbaycana kömək etməyə hazırdır. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi COP29 prosesinə kömək üçün artıq çoxlu sayda işçi cəlb edib".

Onun sözlərinə görə, COP29-a sədrliyi təmin etmək Azərbaycanın böyük nailiyyətidir:

"Bu, diqqəti iqlim problemlərinə, Xəzər dənizi ilə bağlı məsələlərə yönəltmək üçün əla fürsətdir. Düşünürəm ki, COP29-a sədrlik həm də böyük məsuliyyət tələb edir. Bu sahədə digər ölkələrlə konsensusa gəlmək üçün çox çalışmaq lazımdır. Ölkələrin çox fərqli baxışları ola bilər. Azərbaycanın digər ölkələrlə yaxşı əlaqələri var, Qoşulmama Hərəkatına sədrlik edib. Ona görə də maliyyə də daxil olmaqla bu sahədə istənilən məsələnin öhdəsindən gələ biləcək".

Son xəbərlər

Orphus sistemi